Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 ABŞ dolları və ya 0,9% azalaraq 120,1 dollar təşkil edib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 105,54 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.