Naxçıvan-Bakı təyyarəsi texniki problemə görə hava limanına qayıtdı

SOSİAL
22:15 / 12.05.2023
578

"Azərbaycan Hava Yolları"nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə HİT.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

0