Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir?

MAQAZİN
09:12 / 20.05.2024
710

Ötən gün müğənni Çingiz Mustafayevin Türkiyədə - Kuş adasında toyu olub.

OLAY-ın əldə etdiyi məlumata görə, Çingizin xanımı Yana adlı astroloqdur. Əslən ukraynalı olan Yana Nijnik 1986-cı ilin iyununda Ukraynanın Korosten şəhərində dünyaya gəlib.

Hazırda Kiyevdə yaşayan astroloq müxtəlif şəhərlərdə seanslar keçir.

Yananın Balidə də konsultasiyalarda iştirak etdiyindən cütlüyün orada tanış olduğunu təxmin edirilir.

0