Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

ÖLKƏ
20:43 / 20.05.2023
325

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

HİT.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

0