Dövlət Departamentindən sülh açıqlaması: "İnanırıq ki, Azərbaycanla Ermənistan..."

SİYASƏT
09:39 / 27.06.2023
509

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”.

HİT.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib: “Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”.

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir

0