MSK bələdiyyə seçkiləri təyin edəcək

SİYASƏT
16:39 / 26.11.2024
358

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

HİT.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

İclasda bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılacaq.

Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

0