Oktyabrda Avropada ən çox satılan AVTOMOBİLLƏR

AVTO
10:57 / 27.11.2024
261

Avropada satılan avtomobillərlə bağlı yeni statistika açıqlanıb.

Hit.az xəbər verir ki, qitədə oktyabr ayında ən çox satılan avtomobillərin adı məlum olub.

Belə ki, oktyabrda Avropada 1 milyon 40 min 390 ədəd avtomobil satılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azdır. Lakin yanvar-oktyabr satışları isə 1,1 faiz artıb. Sözügedən dövrdə 10 milyon 796 min 414 ədəd avtomobil satılıb.

Oktyabrda Avropada ən çox satılan avtomobil "Dacia Sandero" olub. Həmin modeldən keçən ay bu qitədə tam 21 min 740 ədəd atılıb. Marka olaraq ən çox satılan avtomobil isə "Volkswagen" olub. Almaniya nəhəngi onluğa 3 model ilə daxil olmağı bacarıb. 

Əvvəlki illərdə üst sıralarda yer alan "Tesla Model Y" isə ilk onluğa daxil ola bilməyib. Görünən odur ki, elektromobil bazarında rəqabətin artması onun satışlarına mənfi təsir göstərib.

Oktyabr ayında Avropada ən çox satılan avtomobillərin siyahısı isə belədir:

1. "Dacia Sandero" - 21.740 satış
2. "Peugeot 208" - 20.389 satış
3. "Volkswagen Tiguan" - 17.368 satış
4. "Renault Clio" - 16.987 satış
5. "Toyota Yaris Cross" - 16.542 satış
6. "Volkswagen Golf" - 16.455 satış
7. "Toyota Yaris" - 15.977 satış
8. "Kia Sportage" - 15.567 satış
9. "Volkswagen T-Roc" - 14.385 satış
10. "Skoda Octavia" - 14.372 satış. 

Pərviz

0