“WhatsApp”da yeni FUNKSİYA

23:55 / 04.08.2021
1470

"WhatsApp” messencerində yeni funksiya işə salınır.

HİT.az xəbər verir ki, messencerdə “Bir dəfə baxmaq” funksiyası olacaq.

Messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək və onun yerində “Baxıldı” yazısı peyda olacaq. Bunun üçün “Bir dəfə baxmaq” (“View once”) funksiyasını işə salmaq kifayət edəcək.

Funksiyanın yaxın günlərdə hər kəs üçün aktiv olacağı bildirilir.

0