Suriyada baş verənlər İranda təkrarlana bilər? - RƏY

DÜNYA
14:39 / 11.12.2024
90

Suriya Bəşər Əsədin devrilməsi gündəmdəki aktuallığını qoruyur.

24 illik Əsəd iqtidarı müxalif qüvvələrin şəhərləri ələ keçirməsi ilə başa çatdı. 13 ildir davam edən müharibə Əsədin ölkədən qaçması ilə yekunlaşdı. Əsədin devrilməsindən sonra xalqın ona qarşı necə qəzəb və kin duyğusu bəslədiyi açıq şəkildə özünü göstərdi.

Bir çox ekspertlər bənzər qəzəbin İran xalqı tərəfindən də hakimiyyətə qarşı olduğunu söyləyirlər. Nəzərə almaq lazımdır ki, orada da Tehran rejiminə qarşı çox ciddi bir kin mövcuddur. Bunu mütəmadi şəkildə keçirilən etiraz aksiyalarından görmək mümkündür. 

Bəs Suriyada yaşananların bir bənzərini İranda da baş verə bilər? 

Mövzu ilə bağlı siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlama verib. O bildirib ki, Suriya ilə İranın vəziyyəti bir qədər fərqlidir:

364018

"Ona görə də yaxın perspektivdə Suriyada yaşananların İranda da baş verəcəyini söyləmək çətindir. Hətta reallıqdan uzaqdır. Lakin bunu unutmayaq ki, İran Suriyada milyardlarla dollar dəyərində yatırım etmişdi. Tehran hakimiyyəti orada proksi qüvvələr qurmuşdu".

Ekspert qeyd edib ki, Suriya İranın əsas strateji cəbhələrindən biri idi:

"İndi isə onu itirdi. Bu, İran üçün çox ciddi bir zərbədir və bərpası çox çətin olacaq. Başqa sözlə desək, Tehran rejimi "qan itirməyə" davam edəcək".

Pərviz

0