Deputat: “Hörmüz boğazının blokadaya alınması...”

İQTİSADİYYAT
11:41 / 14.04.2026
130

“Hörmüz boğazı yalnız neft daşımaları baxımından deyil, ümumilikdə beynəlxalq iqtisadiyyat üçün də mühüm nəqliyyat qovşağıdır”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu boğaz vasitəsilə həm qlobal miqyasda istehlak olunan enerji məhsulları, həm də digər yüklər daşınır:

“Ona görə də Hörmüz boğazının blokadaya alınması dünya iqtisadiyyatına ciddi təsirlər göstərə bilər. Yaranmış vəziyyət təkcə neftin qiymətinə deyil, eyni zamanda dünya bazarında digər məhsulların qiymətinə də təsir edəcək. Bu halda qlobal inflyasiya sürətlənə və bir sıra məhsulların istehlakçılara çatdırılmasında çətinliklər yarana bilər. Bu isə tələbin ödənilməsi ilə bağlı əlavə problemlər formalaşdırır”.

396573

Millət vəkili qeyd edib ki, bu proses qlobal iqtisadi artım tempinə də mənfi təsir göstərir:

“Çünki söhbət yalnız son istehlak məhsullarından getmir, sənaye və digər sahələrdə istifadə olunan xammal və məhsulların daşınmasında da problemlər yaranır. Nəzərə almaq lazımdır ki, Körfəz ölkələri Hörmüz boğazından intensiv şəkildə istifadə edirlər. Bu səbəbdən qısa müddətdə enerji məhsullarının daşınması üçün alternativ marşrutların tapılması asan deyil. Bütün bunlar isə Hörmüz boğazının strateji əhəmiyyətini daha da artırır”.

Günel Cəlilova

0