Talassemiyalı xəstələrin pulunu mənimsəyənlər haqqında qərar verildi

ÖLKƏ
13:39 / 14.04.2026
68

Talassemiyadan əziyyət çəkən uşaqlar və digər xəstələr üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovan barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.//Trend

0