Krossoverlər dünyanın bir çox ölkəsində ən populyar avtomobil növlərindən biri olaraq qalır. Premium modellər isə daha yüksək komfort və qabaqcıl texnologiyalar təklif edir. Lakin bütün bu avtomobillər etibarlı seçim sayılmır.
HİT.az xəbər verir ki, “SlashGear” nəşri istifadəçilərə almağa dəyməyən 3 premium krossover modelini açıqlayıb. Ekspertlərin sözlərinə görə, bu avtomobillər rəqibləri ilə müqayisədə ciddi şəkildə geri qalır.
Hansı premium krossoverlərdən uzaq durmaq lazımdır?
Cadillac XT5 (2025)
"Cadillac XT5" markanın ən “əlçatan” krossoverlərindən biridir. Lakin “Consumer Reports” məlumatlarına görə, bu model etibarlılıq baxımından zəif nəticələr göstərir.
Sahiblər transmissiya və elektronika ilə bağlı ciddi və bahalı problemlərdən şikayət ediblər. Bəzi hallarda ötürücü qutunun tam dəyişdirilməsi belə tələb olunub. Bundan əlavə, kuzov keyfiyyəti və salon materialları ilə bağlı da problemlər qeyd edilib.
Ekspertlər həmçinin 235 at gücünə yaxın 2.0 litrlik turbo mühərriki zəif hesab edirlər və bu model əvəzinə Lexus NX tövsiyə olunur.
Lincoln Aviator (2020)
"Lincoln Aviator" dizayn və təchizat baxımından cəlbedici görünsə də, 2020-ci il modeli ciddi problemlərlə yadda qalıb.
Məlumatlara görə, bu model 28 dəfə geri çağırılıb (recall). Bu isə avtomobilin tez-tez nasazlıq verdiyini göstərir.
Genesis GV60 (2024)
"Genesis GV60" elektrik krossoveri dizayn və interyer baxımından yüksək qiymətləndirilsə də, etibarlılıq problemi ilə seçilir.
“Consumer Reports”a görə, 2024 model GV60 5 dəfə geri çağırılıb. Problemlər əsasən şarj portu, sistem nasazlıqları və interyer detallarındakı qüsurlarla bağlı olub.
Samir


