\"Sabah\" braziliyalı hücumçunu transfer etdi - FOTO

16:16 / 21.03.2022
1247

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

HİT.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib.

Onun son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub. Yeni transfer “Sabah”da 73 nömrəli formada çıxış edəcək.

0