Azərbaycan paraatleti Yaponiyada dünya çempionu oldu - FOTO

İDMAN
13:21 / 18.05.2024
504
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
 
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.
 
L.Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
 
Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.
 

0