Marselo "Fənərbağça"ya keçir

İDMAN
19:28 / 03.05.2022
1205

"Real"ın futbolçusu Marselo "Fənərbağça"ya keçməyə yaxındır.

Hit.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 33 yaşlı cinah müdafiəçisi yeni təcrübə qazanmaq üçün "sarı-lacivırtlilər"ə getmək istəyir. Brazilyalı oyunçuya "Palmeyras" və "Fluminense"dən də təklif var. "Sambaçı"nın "kral klubu" ilə sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, brazilyalı ulduz 2007-ci ildən Madrid təmsilçisində çıxış edir.

0