Tarixin 31 avqustu...

MARAQLI
14:14 / 31.08.2026
170

Bu gün tarixin vərəqlərində 31 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

31 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Qırğızıstan, Malayziya və Trinidad və Tobaqoda Müstəqillik Günü, Rumıniyada isə Rumın Dili Günüdür. Beləliklə, tarixin 31 avqustuna nəzər salırıq.

31 avqustda baş verənlər:
1993-cü ildə Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri Qubadlı rayonunu işğal edib. 1957-ci ildə Malay Federasiyası (indiki Malayziya) Birləşmiş Krallıqdan müstəqilliyini qazanıb. 1994-cü ildə Rusiya öz qoşunlarını Estoniyadan çıxarmağı başa çatdırıb.

31 avqustda doğulanlar:
1967-ci ildə baş leytenant, Milli Qəhrəman, şəhid Yunis Nəcəfov, 1957-ci ildə şahmatçı Aydın Hüseynov və 1957-ci ildə aktrisa Kübra Dadaşova doğulub.

Həmçinin, 1569-cu ildə Böyük Moğol imperatoru Sultan Cahangir, 1786-cı ildə fransız kimyaçı Mişel Ejen Şevröl, 1870-ci ildə italiyalı həkimi və pedaqoqu Mariya Montessori, 1880-ci ildə Niderland kraliçası Vilhelmina, 1890-cı ildə eston yazıçısı Auqust Alle, 1949-cu ildə amerikalı aktyor Riçard Gir, 1962-ci ildə Qazaxıstan dövlət xadimi Nurlan Niqmatulin, 1970-ci ildə İordaniya kraliçası Raniyə əl-Abdullah, və 1985-ci ildə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman dünyaya gəlib.

31 avqustda vəfat edənlər:
1992-ci ildə baş leytenant, Milli Qəhrəman Mətləb Quliyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

2016-cı ildə Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və 2021-ci ildə Əməkdar artist, aktrisa Tamilla Ağamirova dünyasını dəyişib. Həmçinin, 1422-ci ildə İngiltərə kralı V Henri, 1867-ci ildə fransız şair Şarl Bodler, 1941-ci ildə rusiyalı şairə Marina Svetayeva, 1967-ci ildə sovet yazıçısı İlya Erenburq, 1969-cu ildə amerikalı boksçu Rokki Marçiano və 1997-ci ildə Böyük Britaniya şahzadəsi Diana vəfat edib. 

Pərviz

0