Bu gün tarixin vərəqlərində 1 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.
Həmçinin, 1 sentyabr bəzi görkəmli şəxsin doğum, bəzilərinin isə vəfat kimi xatırlanır. Onu da qeyd edək ki, bu gün Özbəkistanda Müstəqillik Günüdür. Beləliklə, tarixin 1 sentyabrına nəzər salırıq.
1 sentyabrda baş verənlər:
1919-cu ildə Bakı Dövlət Universiteti təsis edilib. 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələri Sırxavənd kəndini azad edib. 2000-ci ildə “Lider TV” təsis olunub. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılışı keçirilib. 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadasının açılışı olub.
1923-cü ildə Yaponiyada Böyük Kanto zəlzələsi baş verib. 1952-ci ildə Ernest Heminqueyin “Qoca və dəniz” povesti ilk dəfə nəşr olunub. 1969-cu ildə Muəmmər Qəddafinin başçılığı ilə Liviyada inqilab baş verib. 1985-ci ildə “Titanik” gəmisinin qalıqları tapılıb.
1 sentyabrda doğulanlar:
1951-ci ildə Milli Qəhrəman, şəhid baş leytenant Kazımağa Kərimov, 1978-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev, 1896-cı ildə dövlət xadimi Yusif Qasımov, 1901-ci ildə Xalq artisti, aktyor İsmayıl Hidayətzadə, 1909-cu ildə Əməkdar artist, aktyor Fateh Fətullayev, 1931-ci ildə aktyor Fazil Salayev, 1937-ci ildə Əməkdar artist, aktyor Səyavuş Şəfiyev, 1950-ci ildə iş adamı Vahid Ələkbərov və 1979-cu ildə futzalçı Rizvan Fərzəliyev doğulub.
Həmçinin, 1835-ci ildə ingilis iqtisadçı Vilyam Stenli Cevons, 1873-cü ildə xorvat yazıçı Dinko Şimunoviç, 1923-cü ildə amerikalı boksçu Rokki Marçiano, 1940-cı ildə türk general Yaşar Böyükanıt, 1946-cı ildə Cənubi Koreyanın 16-cı prezidenti No Mu Hyon, 1946-cı ildə ingilis müğənni Berri Qibb, 1957-ci ildə amerikalı müğənni Qloriya Estefan, 1971-ci ildə türk futbolçu Hakan Şükür və 1997-ci ildə türk voleybolçu Hande Baladın dünyaya gəlib.
1 sentyabrda vəfat edənlər:
1924-cü ildə iş adamı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1993-cü ildə fizik Həsən Abdullayev və 2009-cu ildə Xalq rəssamı Yusif Hüseynov dünyasını dəyişib.
Həmçinin, 1159-cu ildə Roma papası IV Adrian, 1557-ci ildə fransız səyahətçi Jak Kartye, 1648-ci ildə fransız riyaziyyatçı Maren Mersenn, 1715-ci ildə Fransa kralı XIV Lüdovik, 1838-ci ildə amerikalı səyyah Vilyam Klark, 1964-cü ildə rumıniyalı dirijor Corce Corceksu və 1981-ci ildə alman memar Albert Şpeer vəfat edib.
Pərviz


