İcazəsiz rayonlara getmək istəyən sürücülər geri qaytarılır - Video

23:44 / 31.07.2020
1286

Dörd günlük Qurban bayramı tətilini fürsət bilən bəzi şəxslər rayonlara getməyə cəhd ediblər.

İcazəsi olmayanlar da bölgələrə üz tutduğu üçün Bakı, Sumqayıt və Abşeronun çıxışındakı postlarda sıxlıq yaşanıb. Amma buna baxmayaraq bütün postlarda Yol polisi, Çevik polis Alayı və Daxili Qoşunların hərbçiləri yoxlama aparırlar. Ölkə ərazisi üzrə icazəsi olmayan sürücü və sərnişinlər geri qaytarılır.

Mövzu ilə bağlı reportajı təqdim edirik:

0