ABŞ G7-nin Rusiya almazlarına qadağasını yenidən nəzərdən keçirir

DÜNYA
22:35 / 17.05.2024
261

Afrika ölkələrinin narazılığını bildirdikdən sonra ABŞ G7-nin Rusiya brilyantlarına qadağasının elementlərinə yenidən baxmağa başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Birləşmiş Ştatlar G7-nin Rusiya almazlarına qadağasının ən sərt elementlərini yenidən qiymətləndirir", deyə nəşr qeyd edib.

Hindistandakı kəsicilərin və Nyu-Yorkdan olan zərgərlərin də narazı olduğu qeyd edilir. Eyni zamanda, agentlik mənbələri ABŞ-ın almazları izləmək fikrinə soyuq yanaşdığını bildirir.

Mart ayında Kanada Rusiya almazlarının idxalına əlavə qadağa tətbiq edib. Kanada Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiya 2022-ci ildə onların ixracının həcmi 4,7 milyard dollar olaraq qiymətləndirilib. Rusiyadan Kanadaya idxal olunan bütün mallara 35% rüsum tətbiq edib.

Samir

0