Sərt karantin 2 ay uzadılacaq? - Prezidentin köməkçisi cavabladı

ÖLKƏ
18:19 / 10.07.2020
2833

“Karantin rejiminin daha 60 gün uzadılması hələ ki, şayiə xarakteri daşıyır”.

HİT.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, dövlətlə vətəndaşlar arasında şəffaf dialoq var: “Qərarlar öncədən vətəndaşlara bildirilir. Hər birimizin istəyi odur ki, karantin rejimindən tez çıxaq”.

4