Vitaminlər də zərərlidir?

SAĞLAMLIQ
21:21 / 06.05.2024
390

Sağlamlığımız üçün olduqca önəmli olan vitaminlərin həddindən artıq istifadə etməyin zərərli olduğu ortaya çıxıb.

Hit.az xəbər verir ki, normadan artıq vitamin qəbul etmək bəzi sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Bu səbəbdən də vitamin qəbul edərkən diqqətli olmaq və gündəlik normanı keçməmək lazımdır. Səhhətimizdə hər hansısa problem olanda vitamin qəbul edirik.

Amma həddindən artıq vitamin qəbul etməyin bəzi zərərləri də var.

Hit.az sözügedən zərərləri təqdim edir:

1. Zəhərlənmə riski
Bədəninizin ehtiyacından daha çox vitamin qəbul etmək bəzi vitaminlərin sizi zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə yağda həll olunan vitaminlər (A, D, E və K) orqanizmdə toplananda zəhərlənmə riski ortaya çıxır. 

2. Sağlamlıq problemləri
Həddindən artıq miqdarda qəbul edilən bəzi vitaminlər müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir. Məsələn, normadan artıq A vitamini qəbulu qaraciyərin zədələnməsinə, osteoporoza və doğum qüsurlarına gətirin çıxarır. Həddindən artıq D vitamini qəbulu isə kalsium yığılmasına və böyrək daşlarının yaranmasına səbəb ola bilər.

3. Böyrək problemləri
Həmçinin, bəzi vitaminlərin yüksək dozada qəbulu böyrəklərdə ağır yük yarada və böyrək funksiyalarını poza bilər.

4. Qaraciyərin zədələnməsi
Normadan artıq miqdarda qəbul edilən bəzi vitaminlər qaraciyərə zərərli təsir göstərə və qaraciyərin fəaliyyətinə təsir göstərə bilər. Bura daha çox yağda həll olunan vitaminləri aid etmək olar. 

5. Əks təsirlər:
Ümumiyyətlə, vitaminlərin həddindən artıq qəbulu həzm problemləri, baş ağrısı, başgicəllənmə və dəri töküntüləri kimi yan təsirlərə də səbəb ola bilər.

6. Dərman qarşılıqlı təsirləri
Bundan başqa, vitaminlərin həddindən artıq qəbulu bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Eyni zamanda, onların effektivliyini azalda və ya artıra bilər.

Pərviz

0