İndoneziyanın yeni lideri "prezidentlər klubu" yaratmaq istəyir

DÜNYA
23:00 / 06.05.2024
199

İndoneziyanın seçilmiş prezidenti, müdafiə naziri Prabovo Subianto dövlət başçısı kimi sələfləri ilə birlikdə qoşulacağı "prezidentlər klubu" yaratmağı təklif edib. 

HİT.az xəbər verir ki, bu barədə İndoneziyanın "Jakarta Globe" portalı məlumat yayıb.

Nəşr Subianto sözçüsü Danil Azhar Simanjuntaka istinadən xəbər verir: "Adından göründüyü kimi, bu klub mütəmadi olaraq keçmiş prezidentləri, o cümlədən prezident Coko Vidodonu Subianto ilə strateji hökumət məsələləri ilə bağlı danışıqlar aparmaq üçün bir araya gətirəcək".

Aydınlaşdırılır ki, bu yolla seçilmiş prezident digər ölkələrin başçılarına örnək olmaqla öz sələfləri ilə "dostluğu möhkəmləndirməyə" ümid edir.

Bundan əvvəl İndoneziyanın Baş Seçki Komissiyası ölkənin hazırkı müdafiə naziri olan 72 yaşlı Prabovo Subiantonu İndoneziyanın növbəti prezidenti elan edib.

Samir

0