Macarıstan hərbi xidmətdən yayınanları Ukraynaya təhvil verməkdən imtina etdi

DÜNYA
21:01 / 06.05.2024
166

Macarıstan hakimiyyəti hərbi yaşda olan vətəndaşları Ukraynaya ekstradisiya etməyəcək. 

HİT.az xəbəre verir ki, bunu ATV telekanalına müsahibəsində Macarıstanın baş nazirinin müavini Zolt Şemyen deyib.

"Biz, ukraynalıların fikrincə, bir şəxsin hərbi xidmətə çağırılıb-çağrılmadığını araşdırmırıq. İnsanlıq prinsiplərinə əsaslanaraq, onların ölümə göndərilməsinə imkan verməyəcəyik", deyə baş nazirin müavini bildirib. 

O əlavə edib ki, Macarıstanda yaşayan hər bir ukraynalı qaçqın tam təhlükəsizdir və bütün lazımi yardımları alır.

Aprelin 16-da Ukrayna prezidenti Volodimir Zelenski səfərbərliyin gücləndirilməsi haqqında qanun imzalayıb. Bundan qısa müddət sonra ölkə hökuməti Ukraynadan kənarda hərbi xidmət keçməli olan kişilərə daxili və xarici pasportların verilməsinə qadağa qoyub. Aprelin 23-dən hərbi yaşda olan ukraynalılarla bağlı bütün konsulluq tədbirləri dayandırılıb.

Aprelin sonunda Ukrayna baş nazirinin müavini Olqa Stefanişina bildirmişdi ki, ölkə hökuməti xaricdəki soydaşlarını zorla vətənlərinə qaytarmağı planlaşdırmır. Onun sözlərinə görə, sadəcə olaraq TCC-də öz məlumatlarını dəqiqləşdirmək lazımdır; bu, avtomatik olaraq cəbhəyə göndərilmə demək deyil.

Samir

0