Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi

SİYASƏT
19:21 / 06.05.2024
188

Slovakiya Respublikasının Baş naziri Robert Fiko mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın Baş naziri Robert Fikonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

0