7-8 min şagird təhsildən kənarda qalıb - Ekspert

ÖLKƏ
14:29 / 05.06.2023
400

“Bizdəki məlumata görə, son 8-9 il ərzində sənədsiz uşaqların sayı 800-1000 nəfərə çatır".

Bunu Hit.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, hesablamalara görə, ümumilikdə 7-8 min şagird təhsildən kənarda qalıb:

"Buna səbəb həmin uşaqların sənədlərinin qaydasında olmamasıdır. Düzdür, onların təhsildən kənarda qalmaması üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Onlar müvafiq təhsil istiqamətlərinə cəlb olunurlar, amma yenə istəlinən halda vaxtında qeydiyyata düşə, öz həmyaşıdları ilə eyni vaxtda təhsil prosesinə qoşula bilmirlər. Bu da xoşagəlməz vəziyyət yaradır".

Elçin Əfəndi hesab edir ki, bütün bunlar valideynlərin uşaqdan imtina etmələri, müxtəlif ailə daxili mübahisələr bu kimi problemlərin yaranmasına gətirib çıxardır.

Azra

0