Gözünüzdən itdirsəyi çıxıbsa, bunu edin

SAĞLAMLIQ
21:46 / 01.10.2024
246

Çox zaman insanlar gözlərindən itdirsəyi çıxanda bunu qədim el adətləri ilə müalicə etməyə çalışırlar. Onu gah qorxudurlar, gah üzərinə sidik vurmaqla murdarlamış sayılırlar.

Fitoterapevt Yasəmən Əliyeva bildirib ki, itdirsəyini duzla müalicə etmək yaxşı nəticə  verir:

“Əslində ən birinci tövsiyə edərdim ki, antibiotik tərkibli məlhəmlər sürtəsiniz. Əgər əliniz antibiotik tərkibli məlhəmlərə çatmırsa, duzla quru kompress eləməyə çalışın. 2 qaıq duzu qızdırıb, nazik bir parçanın arasına tökün və parçanı boxça kimi bağlayın ki, duz tökülməsin. Sonra həmin kiçik, isti “boxçanı” itdirsəyinin üstünə qoyun. Bunu bir gündə 3 dəfə , hər dəfə 5 dəqiqə olmaqla təkrarlayın. İtdirsəyinin içindəki iltihab kanal açıqdırsa, töküləcək. Əgər hələ iltihablanmayıbsa, o kiçilərək, yox olacaq".

Murad

0