Nizam Osmanovdan işdən çıxarılma xəbərinə reaksiya - YENİLƏNİB

ÖLKƏ
14:50 / 18.07.2023
702

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. 

Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.  

Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. 

General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi. 

Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur. 

Sayt çəsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasa da, cavab ala bilməyib.

***

Bu gün bir sıra saytlarda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Manset.az məsələ ilə bağlı müdafiə nazirinin müavini, general-leytenant Nizam Osmanovla əlaqə saxlayıb. O, işdən çıxarılması ilə bağlı xəbəri təkzib edib.

0