Nar yeyin ki, həm arıqlayasız, həm gözəlləşəsiz, həm də sağlam olasız

SAĞLAMLIQ
19:40 / 30.09.2024
164

Meyvələrin sultanı, taclı narın mövsümüdür. 

Cənnət meyvəsi adlandırılan bu gözəl bitki min bir dərdin dərmanıdır.

Bu gün  narın faydalarından bəhs edəcəyik. 

Hit.az-a mövzu ilə bağlı danışan fitoterapevt Yasəmən Əliyeva bildirib ki, nar kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngin bitkidir:

”Narın meyvəsi də, ağacı da dərman bitkisi hesab olunur. Narın qabıqlarından  dəmlənmiş çay ishalı kəsir, bağırsaq qurdlarını tökür. Nar insan hormonlarının aktivliyini artırır. Narın tumunu çeynəyib udmaq , baş ağrılarını kəsir. Nar xərçəngə qarşı güclü vasitədir. Nardakı antioksidantlar qırmızı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur. Nar suyu qanda olan şəkərin miqdarını azaldır. Nar suyu boğaz iltihabı və öskürək zamanı antioksidant kimi faydalıdır. Hər gün nar suyu içmək isə bel çevrəsində yağların əriməsinə səbəb olur. Nar suyu həmçinin qan təzyiqinin azalmasına, qanın duralmasına müsbət təsir edir. Ürək, qan damar xəstəliyi olanlar üçün hər gün nar suyu içmək tövsiyə olunur".

Murad

0