"Brend xəstəliyi"ndən necə qurtulmaq olar?

MARAQLI
20:58 / 30.09.2024
264

Bu gün insanların narahat edən sosial problemlərdən biri də “brend xəstəliyi”dir.

Bəzi insanlar hesab edir ki, marka geyim, marka telefon sayəsində onlar özlərini hər kəsdən üstündür.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, hər bir insan səliqəli geyinməli və öz təmizliyinin qeydinə qalmalıdır. Bunda hər hansı bir qəbahət yoxdur. İnsan öz büdcəsinə uyğun geyinməlidir: 

“Ancaq bu gün bunun əksini müşahidə edirik. Bu gün sanki insanlar İphone xəstəliyinə tutulub. Bu marka telefonun yeni versiyası çıxan kimi imkanı olan, olmayan qaçır həmin telefonu almağa. “Marka” xəstəliyi insanın özünü göstərmək cəhdidir. Xatırladım ki, dünyaca məşhur milyarderlərin özləri belə marka istifadəçisi deyil. Ancaq bizdə 500-600 manat maaş alan adam məşhur markanın köynəyini geyir, kreditə 3000-lik telefon götürür. Nəyə lazımdır bu? Bu düşüncədən qurtulmaq lazımdır”.

Sevinc
 

1