Məşhur avtomobil markaları Rusiyaya qayıtdı

AVTO
10:32 / 15.08.2023
1362

Dünyanın ən məşhur avtomobil markaları Rusiya bazarına geri qayıdıb.

HİT.az xəbər verir ki, "Volkswagen", "Audi", "Skoda", "Bentley", və "Lamborghini" bir ilin ardından Rusiyadan çəkilmək qərarından imtina ediblər.

Sözügedən markalar "AGR Automotive Group"un "Telegram" kanalından açıqlama yayımlayaraq, Rusiya vətəndaşları üçün xidmətlərinə yenidən başlayacaqlarını elan ediblər.

Açıqlamada aşağıdakı ifadələrə yer verilib:

"Böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Volkswagen Group" Rusiyadakı fəaliyyətini artıq "AGR Automotive Group" adı altında davam etdirəcək. "Volkswagen", "Audi", "Skoda", "Bentley", "Lamborghini" və "Ducati" marka dilerləri sizin üçün işləməyə davam edəcək".

Pərviz

0