Əfsanəvi modelin 90 illiyidir - FOTOLAR

AVTO
10:12 / 08.05.2024
495

Bu gün Fransanın əfsanəvi avtomobili "Citroen Traction"un 90 yaşı tamam olur.

Hit.az xatırladır ki, "Traction Avant" adlı unudulmaz model ilk dəfə 1934-cü ildə Fransanın paytaxtı Parisdə nümayiş olunub.

Bu model vergi sinfinə görə '7' adı ilə kommersiyalaşdırıldı. Bir müddət sonra isə avtomobilə marka və modeli vurğulayan yenilik olan "Traction Avant" adını aldı. Sözügedən avtomobil ön təkər ötürücü sistemi, monokok şassi, hidravlik əyləclər və dörd təkərli müstəqil asma sistemi kimi dövrünün ən müasir texniki həllərini eyni modeldə bir araya gətirdi.

"Traction Avant" avtomobilindən bir çox unudulmaz filmlərdə istifadə olunub. Bu model dünya miqyasında şöhrət qazanıb. 1957-ci ildə istehsalı dayanana qədər 760 min ədəd satılıb. Bu isə o dövr üçün kifayət qədər böyük rəqəm idi. 

Avtomobil 18-23 iyul 1934-cü ildə 6 gündə 111.183 km/saat maksimum sürətə çatdı və 10 min mil məsafəni 14 saat, 43 dəqiqə, 14 saniyə və 9 millisaniyədə qət edərək 5 beynəlxalq dərəcədə rekord qırdı.

Pərviz

0