Gildiyaya yeni rəhbər seçildi

MƏDƏNİYYƏT
10:11 / 28.04.2023
694

Aprelin 27-də Azərbaycan Prodüserlər Gildiyasının növbədənkənar iclası keçirilib. 

HİT.az xəbər verir ki, iclasda keçirilən səsvermənin nəticələrinə əsasən, Fikrin Bəktaşi Gildiyanın sədri vəzifəsinə seçilib.

Gildiyanın İdarə Heyətinə isə Pərviz Məmmədov, Nazim Hüseynov, Müşfiq Xatəmov, Oksana Rəsulova, Mariya İbrahimova və Nəriman Məmmədov yekdilliklə seçiliblər.

Azərbaycan Prodüserlər Gildiyası özündə kino istehsalçılarını və kino xidmətləri sahəsində böyük təcrübəyə malik olan müəssisələri birləşdirən ictimai təşkilatdır.

0