Beynəlxalq yay proqramı çərçivəsində Azərbaycan mədəniyyəti gənclərə tanıdılıb

SOSİAL
15:38 / 22.08.2026
3

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Avropa Tələbələr Forumu–Bakı”nın (AEGEE-Bakı) təşkilatçılığı ilə keçirilən “Beat The Heat Vol. V” beynəlxalq yay proqramı iştirakçıları Azərbaycanın mədəni irsi, milli mətbəxi və ənənələri ilə bir araya gətirib.

Proqram çərçivəsində gənclər Azərbaycan mədəniyyətini müxtəlif fəaliyyətlərə qoşularaq tanıyıblar. Dolma hazırlama master-klassında iştirakçılar milli mətbəximizin tanınmış nümunələrindən birinin hazırlanmasını öyrənib və birgə yemək hazırlamaq təcrübəsi qazanıblar. Milli oyunlar isə yerli ənənələrlə tanışlığı interaktiv formada davam etdirib.

Mədəni proqram tarixi məkanlara səfərlərlə tamamlanıb. İştirakçılar Azərbaycanın keçmişi və müasir həyatı ilə tanış olmaq, şəhər və bölgələrin fərqli xüsusiyyətlərini müşahidə etmək imkanı əldə ediblər.

Komanda oyunları və birgə məşğələlər gənclərin ünsiyyət qurmasına, öz mədəniyyətləri haqqında danışmasına və fərqli təcrübələri bölüşməsinə şərait yaradıb.

Layihə Azərbaycan mədəniyyətinin beynəlxalq gənclərə tanıdılmasını və mədəniyyətlərarası mübadilənin təşviqini hədəfləyib.

0