Qəribə oğurluq: Məktub yazdı, yemək bişirib yedi, duş qəbul etdi... - FOTO

DÜNYA
12:10 / 15.05.2022
790

Türkiyənin Pamukkale şəhərində qəribə oğurluq hadisəsi baş verib.

Ailəsi ilə başqa şəhərə gedən Levent Karademir geri qayıdanda evinə oğru girdiyinin fərqinə varıb.

Masanın üzərində “Sadəcə ehtiyacım olanları götürdüm. Allah sizə daha yaxşılarını versin” yazılan qeyd olub.

Məlum olub ki, oğru noutbuk və paltarları aparıb. Bundan başqa, o, özünə qiyməli yumurta bişirib və duş qəbul edib.//oxu.az

0