AK rəhbəri Rusiyanı Finlandiyaya qarşı təcavüzdə ittiham etdi

DÜNYA
16:40 / 19.04.2024
184

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Rusiya-Finlandiya sərhədinə səfəri zamanı Rusiyanı təcavüzdə və Finlandiyaya qarşı hibrid əməliyyat keçirməkdə ittiham edib. 

HİT.az bu barədə "Yle" agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, Avropa İttifaqı Helsinkini bir çox məsələlərdə dəstəkləyir. Fon der Leyen Finlandiyanın baş naziri Petteri Orpo ilə danışıqlar zamanı deyib: "Çünki xarici sərhəd təhlükəsizliyi çox vacib məsələ olaraq qalır".

Finlandiyanın baş naziri sərhədə səfər etmək istəyinə görə Avropa Komissiyasının rəhbərinə təşəkkür edib. Fon der Leyen bu səfərin onun üçün çox maarifləndirici təcrübə olduğunu deyib.

Aprelin 19-da Avropa Komissiyasının rəhbərinin Petteri Orpo ilə birlikdə helikopterdə Rusiya Federasiyası ilə Finlandiya sərhədi yaxınlığındakı regionun ətrafında uçduğu bildirilir.

Aprelin əvvəlində Finlandiya prezidenti Aleksander Stubb hökumətin Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlamaq qərarını dəstəkləyib.

Samir

0