Eyyub Hüseynov: "Şəkər tozu ilə bağlı problemə əsasən xaricdən gətirilən şəkər məhsullarında rast gəlmək mümkündür"

İQTİSADİYYAT
21:40 / 30.11.2023
560

Qida rasionumuzun əsasını təşkil edən məhsullardan biri də şəkər tozudur. 

Bu gün Azərbaycan bazarlarında istehlakçılara müxtəlif adda və keyfiyyətdə şəkər tozu təklif olunur. 

Hansı ki, onların arasında istər yerli istehsal, istərsə də idxal məhsullarına rast gəlinir. 

Son vaxtlar şəkər tozunun keyfiyyəti ilə bağlı ictimaiyyətdə çoxsaylı şikayətlər eşidirik. Xüsusilə çəkilə satılan şəkər tozunun tərkibinin keyfiyyətsiz olduğu iddia olunur. 

Əvvəl çayı şirin etmək üçün cəmi 3 çay qaşığı şəkər tozu kifayət edirdisə, indi 5-6 qaşıq tökülsə də, şirin olmur.

Ekspertlərin fikrincə, şəkər tozunun şirinliyinin azalması məhz onun istehsalında yol verilən saxtakarlıqlarla bağlıdır. 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında şəkər tozu ilə bağlı onlara hər hansı şikayət və müraciətlərin daxil olmadığını deyib:

“Şəkər tozu ilə bağlı problemə əsasən xaricdən gətirilən şəkər məhsullarında rast gəlmək mümkündür. Yerli şəkər istehsalı tam standartlara uyğun şəkildə həyata keçirilir. Xarici ölkələrdən gətirilən şəkərlərdə isə söylədiyini problemlərin olması istisna deyil. Şəkər tozu ilə bağlı bizə şikayətlər gəlmir. Amma kəllə qəndlə bağlı kifayət qədər müraciətlər oxuyuruq”.

Sevinc

1