Kartdan-karta pul köçürmələrində yeni tariflər: Hansı təsirləri olacaq?

İQTİSADİYYAT
12:00 / 15.10.2026
194

Azərbaycanda bank kartları vasitəsilə pul göndərənləri yeni xidmət tarifləri gözləyir. 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə Banklararası Kart Mərkəzindən (BKM) keçən köçürmə əməliyyatları üçün ödəniş məbləğləri təsdiqlənib. Yeni qaydalara əsasən, köçürmə zamanı hesablanacaq xidmət haqqı göndərilən pulun həcminə görə dəyişəcək. 

Belə ki, 100 manatadək olan köçürmələr üçün 3 qəpik, 1000 manatadək məbləğlər üçün 10 qəpik, 10 000 manatadək köçürmələr üçün 50 qəpik, 40 000 manatadək əməliyyatlar üçün 2 manat, 40 000 manatı keçən köçürmələr üçün isə 4 manat xidmət haqqı tətbiq olunacaq. Sözügedən qərar aprelin 1-dən qüvvəyə minəcək.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, interçeync haqlarında vahid istiqamətli dəyişiklik yoxdur: 

412811

“Müəyyən əməliyyatların dəyəri aşağı düşsə də, digərləri üzrə xərclər yüksəlib. Xüsusilə pərakəndə ticarətlə məşğul olanlar və kiçik-orta sahibkarlıq subyektləri üçün bu ödənişlər əlavə maliyyə yükü yarada bilər. Tariflərə yenidən baxılarkən həm ucuzlaşan, həm də bahalaşan xidmətləri nəzərə almaq lazımdır. Belə dəyişikliklərin nəticələri yalnız bank sektorunda deyil, insanların gündəlik pul əməliyyatlarında da hiss oluna bilər”.

Ekspert hesab edir ki, yeni tariflər nağd puldan istifadəyə marağı artıracaq.

Sevinc

0