Səhiyyə Nazirliyinin mətbuat katibi işdən çıxarılıb? - REPLİKA

ÖLKƏ
16:38 / 12.04.2021
1230

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov uzun müddətdir jurnalistlərin telefon zənglərinə cavab vermir.

HİT.Az-ın bədbin ehtimalına görə, Səhiyyə Nazirliyinin tapılmayan sözçüsü koronavirusa yoluxub. 

Daha nikbin ehtimala görə isə, uzun müddətdən sonra, nəhayət ki, işə çıxan Oktay Şirəliyev nazirliyin binasında Pərviz Əbubəkirovu görərək tanımayıb. Nazir "Kənar şəxslər nazirlikdə nə gəzir?" deyərək onu binadan kənarlaşdırıb.

Hazırda hər iki ehtimalı dəqiqləşdirmək üçün redaksiyanın oğlanları əlavə mənbə axtarışına çıxıb. Qızlar isə həyəcanla oğlanlardan dəqiq xəbər gözləyir.

Pərviz Oktay

0