Fox News: Putinlə Si Szinpinin görüşü Trampı narahat edir

DÜNYA
18:29 / 17.05.2024
259

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Çin əlaqələrinin gücləndirilməsinin Vaşinqton üçün problemlər yarada biləcəyini deyib. 

HİT.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Tramp inflyasiya, iqtisadiyyat da daxil olmaqla, özünün digər narahatlığını sadaladı. Lakin Çin və Rusiya liderləri arasında keçirilən görüşün yəqin ki, hər şeydən pis olduğunu söylədi", deyə telekanal qeyd edib.

Tramp qeyd edib ki, o, məhkəmədə olarkən Rusiya Federasiyası və Çin münasibətlərini gücləndirir və bu, onun fikrincə, Vaşinqton üçün təhlükə yaradır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Çin avtomobillərinin keyfiyyətinin artması ilə əlaqədar sanksiyalar tətbiq etməsini təklif etmişdi. Qeyd edilib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası bu həftənin əvvəlində Çindən idxal olunan elektrik avtomobilləri, tibbi məhsullar və günəş avadanlığı kimi sektorlara təsir göstərən yeni tarifləri açıqlamaq niyyətindədir.

Samir

0