ABŞ Polşada Avropanın ən şərqindəki xüsusi təyinatlılar bazasını açdı

DÜNYA
19:05 / 17.05.2024
267

ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin Krakov-Balise beynəlxalq hava limanı yaxınlığındakı Miron düşərgəsi bazası mayın 17-də açılıb.

HİT.az xəbər verir ki, bu barədə ABŞ-ın Krakovdakı baş konsulu Erin Nikerson RMF24 radiostansiyasına bildirib.

"Miron Düşərgəsi Amerika Xüsusi Əməliyyat Qüvvələri üçün rotasiya bazasıdır. Bu, Polşa və Amerika xüsusi təyinatlıları arasında daimi qarşılıqlı əlaqə deməkdir", deyə baş konsul bildirib.

Nikerson 100-dən 150-dək amerikalı hərbçinin növbəli şəkildə bazada daimi yerləşəcəyini açıqlayıb.

Miron Düşərgəsi ABŞ Xüsusi Qüvvələrinin Avropadakı ən şərqindəki bazası olub.

Mayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov bəyan etmişdi ki, ABŞ Asiya-Sakit Okean regionunda (APR) orta və daha qısa mənzilli raketlər yerləşdirərsə, Rusiya reaksiya verməyə məcbur olacaq.

Samir

0