Aksiyaçılar Qarabağa silah daşınmasının qarşısını aldı

SİYASƏT
23:17 / 20.12.2022
963

Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar "humanitar yardım" adı altında qanunsuz daşımaların da qarşısını alır: məlumatlara görə, yoxlanılmadan keçmək istəməyən beş yük avtomobili buraxılmayıb;

Hit.Az axar.az-a istinadən bildirir ki, bu məsələ iki məqamı ön plana çıxarır:

- Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir: görünür, iştirakçıların "humanitar yardım"lara şərait yaratmasından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamaya imkan verilməyən yük maşınlarında silah-sursat olub;

- Qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalarla Azərbaycan xalqı Laçın yoluna nəzarəti praktiki olaraq icra edir və proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulması ilə nəticələnə bilər.

0