Badam stressə qarşı mübarizədə də insanın yaxın dostudur

SAĞLAMLIQ
20:53 / 28.11.2024
157

Hər kəsin səvərək yediyi çərəzlərdən biri də badamdır.

Kalsium, fosfor, sink, dəmir, maqnezium, kalium, A, B, C və E vitaminləri ehtiva edən badam sağlamlığın dostudur.

Hit.az xəbər verir ki, badam ürək və damarın ən yaxın dostudur. 

Hər gün 42 qram (bir ovuc) badam və fındıq yeməklə ürək xəstəliyi riski azalır.

Bu meyvə orqanizmi xərçəng və infarkt kimi xəstəliklərə qarşı müdafiə edir. Bədən müqavimətinin artmasında, yaraların yaxşılaşmasında çox faydalıdır.

Badam stressə qarşı mübarizədə də insanın yaxın dostudur. Hər gün bir ovuc badam yeməklə insan sinir sistemini gücləndirir, bütün mənfi təsirlərdən qoruyur.

Bir çox araşdırmaların nəticələri göstərir ki, mütəmadi badam istehlak edənlərin beyin hüceyrələri daha gec yaşlanır.

Cinsi zəifliyin aradan qaldırmasında çox faydalıdır. 

Həmçinin sidik yolları və cinsi orqanlardakı iltihabları yaxşılaşdırmaq xüsusiyyəti var.

Sevinc

0