Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?

SİYASƏT
14:30 / 27.11.2024
312

Almaniyanın keçmiş kansleri Angela Merkel xatirələrini yazıb. Ölkəsinə 16 il liderlik edən xanım kanslerin “Azadlıq. Xatirələr 1954-2021” adlı kitabı ötən gün ictimaiyyətə təqdim edilib. Merkel kitabda 21 il ərzində gördüyü işlərdən, görüşlərindən, hadisələrdən bəhs edib.

Modern.az kitabla tanış olub və orada Azərbaycanla bağlı hissələri araşdırıb.

Merkel gənclik illərindən bəhs edərkən Sovet İttifaqında üç həftəlik rus dili kursunda iştirak etdiyini xatırladır: "Rus dili hələ də məni valeh edirdi".

Kitabda Azərbaycanın adı 8 dəfə çəkilinb. Angela Merkel 1983-cü ildə dostları ilə birlikdə Gürcüstan, Ermənistan və Azərbaycana səfər etdiyini bildirib. O, Cənubi Qafqaz ölkələrinə səyahətinin “unudulmaz” olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Polşa və Çexiyadakı raket əleyhinə müdafiə sistemlərindən imtina qarşılığında amerikalılara Azərbaycanda yerləşdirilən Qəbələ RLS-nin bölüşdürülə biləcəyini təklif edib. Qeyd edək ki, 9 dekabr 2012-ci ildə tərəflərin icarə dəyərinə dair razılığa gələ bilməməsinə görə Rusiya Qəbələ RLS-in istismarını dayandırıb.

Merkel həmçinin qısa olaraq Qarabağdan, Azərbaycanın Şərq Tərəfdaşlığı müzakirələrindən, neft və qaz ehtiyatlarından da bəhs edib.

0