Yaxın Şərqdəki müharibə başa çatır? - "Tramp hakimiyyətə gələndən sonra..."

DÜNYA
10:53 / 28.11.2024
219

"Hazırda Yaxın Şərqdəki müharibənin başa çatdığı görüntüsü yaranıb". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ən azından hazırda bunun ilkin elementləri görünür:

"Müvəqqəti də olsa Yaxın Şərqdəki müharibə dayana bilər. Lakin müharibənin tamamilə dayanacağı indidən demək olmaz. Həmçinin, Yaxın Şərqdə atəşkəsin və sabitliyin uzun müddət ərzində qorunacağını düşünmürəm". 

363273

Analtikin sözlərinə görə, Yaxın Şərqdəki proseslərin gedişatı ABŞ-də Donald Trampın prezident kimi andiçməsindən sonra bəlli olacaq:

"Hesab edirəm ki, Yaxın Şərq, Şərqi Avropadan daha çox Donald Trampın diqqət mərkəzində olacaq. Çünki indiki şəraitdə iqtisadi cəhətdən ABŞ iki cəbhədə mübarizə aparmaq çətin olar. Ona görə də rəsmi Vaşinqton Yaxın Şərqdəki müharibəni dayandırmağa çalışır. ABŞ həm əlavə pul, həm də silah verməmək üçün bu addımı atır".

Ekspert qeyd edib ki, ABŞ hazırda diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəldib:

"Lakin Tramp hakimiyyətə gəldikdən sonra bunun əksini olacağını istisna etmirəm. Yəni diqqət Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqdəki müharibəyə yönələcək. Hətta bir müddətdən sonra Ukrayna sülhə məcbur edilə və Şərqi Avropada qismən sakitlik ola bilər". 

Pərviz

0