Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir

ÖLKƏ
21:10 / 25.07.2023
364

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

0