Boşanmaların səbəbi alkoqol imiş

SOSİAL
17:19 / 30.09.2024
249

Son illər boşanmaların sayı öncəki illərlə müqayisədə artmaqda davam edir.

Araşdırmalar zamanı müəyyən edilib ki, boşanmaların səbəbləri arasında alkoqol asılılığı  ön sırada dayanır.

Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində deyib ki, boşanmalar ildırım sürəti ilə artır: 

“Ötən ay toyuna getdiyim şəxs bu gün mənasız bir mövzuya görə boşanır. Boşanmaların bir səbəbi alkoqol asılılığıdır. Elə ailələr var ki, yoldaşı spirtli içki düşkünü olur və sonda qadın canını qurtarmaq üçün boşanır. Ya da elə ailələr var ki, hansısa səbəbdən də boşanır, ancaq yalandan qarşı tərəfi alkoloq və narkoman olması ilə ittiham edir. "Filanşkəs alkoqol idi, boşandı, canı qurtardı” sözü ilə qarşılaşmısız. Boşanmaların səbəbi çoxdur. Spirtli içki asılılığı və narkomaniya ailə dağılmasına səbəb olur. Lakib bu elə də çox deyil. Realda isə boşanmaq üçün məhkəməyə və yaxud mediasiyaya müraciət edən şəxslərin çox az bir qismi yoldaşı narkoman və ya spirtli içki aludəçisi olduğu üçün ayrılmaq istədiyini deyir. Demirəm, bu səbəbdən boşanmaq istəyən insanlar yoxdur, var, amma çox deyil. Real boşanma səbəbləri arasında xəyanət və maddi problemlərin xüsusi çəkisi var”.

Sevinc
 

0