"Qarabağ" afrikalı hücumçu transfer etdi

İDMAN
20:54 / 18.08.2021
808

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Hit.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.

Son klubu Norveç "Haugesund"u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.

0