Tarixin 26 mayı...

MARAQLI
14:50 / 26.05.2026
83

Bu gün tarixin vərəqlərində 26 maydayıq.

Hit.az bildirir ki, bu gün Azərbaycan və dünya tarixində çox mühüm hadisələr baş verib.

Onların hər birini xatırlayacağıq. Həmçinin, 26 mayda doğulan və vəfat edən görkəmli şəxsləri də yad edəcəyik. Bu gün Gürcüstanda Müstəqillik Günü, Polşada isə Analar Günü kimi qeyd olunur. Beləliklə, tarixin 26 mayına nızər salırıq...

26 mayda baş verənlər:
1920-cı ildə Gəncə şəhərində Sovet işğalına qarşı üsyan baş verib. 1993-cü ildə Azərbaycan və Madaqaskar arasında diplomatik əlaqələr qurulub. 2002-ci ildə İsrafil Aşurlı Avstraliyanın ən yüksək dağı olan Kostyuşkoya çıxan ilk azərbaycanlı olub. 2012-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutub. 2022-ci ildə Bakıda “Texnofest Azərbaycan” aerokosmik və texnologiya festivalı keçirilib.

Həmçinin, 1923-cü ildə ilk Le Mans 24 Saat yarışı keçirilib. 1938-ci ildə Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Ankaradan son dəfə ayrılıb. 1972-ci ildə ABŞ ilə SSRİ arasında nüvə silahlarının yayılmaması barədə razılıq imzalanıb.

26 mayda doğulanlar:
1894-cü ildə yazıçı, professor Vəli Xuluflu, 1914-cü ildə Xalq yazıçısı İlyas Əfəndiyev, 1930-cu ildə dövlət xadimi Əbdürrəhman Vəzirov, 1941-ci ildə Xalq artisti, aktrisa-aparıcı Ofeliya Sənani və 1990-cı ildə futbolçu Ufuk Budak doğulub.

Həmçinin, 1799-cu ildə rus şair Aleksandr Puşkin, 1867-cu ildə Böyük Britaniya kraliçası Mariya Tek, 1907-ci ildə amerikalı aktyor Con Ueyn, 1909-cu ildə şotland futbolçu və baş məşqçi Mett Basbi və 1949-cu ildə Böyük Britaniya siyasətçisi Ceremi Korbin dünyaya gəlib.

26 mayda vəfat edənlər:
1421-ci ildə Osmanlı sultanı I Mehmed, 1512-ci ildə Osmanlı sultanı II Bəyazid, 1956-cı ildə Azərbaycan dövlət xadimi Mircəfər Bağırov, 1966-cı ildə macar yazıçı Aron Tamaşi, 2005-ci ildə amerikalı aktyor Eddi Albert və 2017-ci ildə amerikalı diplomat Zbiqnev Bjezinski vəfat edib.

Pərviz

0