Ağıllı insanların daha çox sevdiyi rəng bəlli oldu

MARAQLI
20:02 / 29.11.2026
38

İnsanların sevimli rəng seçimi onların xarakteri və şəxsiyyət xüsusiyyətləri haqqında müəyyən təsəvvür yarada bilər. Araşdırmaya görə, ağıllı insanlarla ən çox əlaqələndirilən rəng mavidir.

HİT.az xəbər verir ki, bu nəticə Misirin Heluan Universitetində aparılan araşdırmada ortaya çıxıb.

Tədqiqat zamanı müxtəlif ixtisaslarda təhsil alan 80 tələbənin rəng seçimləri öyrənilib. İştirakçılardan həm geyim, həm də ev interyeri üçün üstünlük verdikləri rəngləri seçmək istənilib. Araşdırmada qrafik dizayn və informasiya texnologiyaları sahəsində təhsil alan tələbələr iştirak ediblər.

Nəticələrə əsasən, iştirakçıların 15 faizi geyim seçimində maviyə üstünlük verib. Bu rəng daha çox sakitlik, etibarlılıq və təmkinlə əlaqələndirilir. Tədqiqatda mavinin yüksək intellektli insanlarla əlaqələndirilməsinin səbəblərindən biri də məhz bu xüsusiyyətlər olub.

Araşdırmada digər rənglərin də insan xarakteri ilə bağlı assosiasiyaları nəzərdən keçirilib. Belə ki, qırmızı rəng daha çox cəsarət, impulsivlik və ekstrovert davranışlarla, ağ rəng isə nizam-intizam və peşəkarlıqla əlaqələndirilib. Narıncı uğur və rifahı, yaşıl isə təbiət, həyat və təhlükəsizliyi simvolizə edir.

Alimlər hesab edirlər ki, insanın təhsil aldığı sahə və sosial mühiti onun şəxsiyyət xüsusiyyətlərinə, eləcə də rəng seçimlərinə təsir göstərə bilər.

Bununla belə, tədqiqatçılar mavini ağıllı insanların sevimli rəngi kimi qəti şəkildə təqdim etməyin düzgün olmadığını vurğulayırlar. Araşdırmada iştirakçı sayının az olması və rəng seçiminin intellekt səviyyəsini birbaşa müəyyən etməməsi daha geniş tədqiqatlara ehtiyac yaradır.

Samir

0