Payızda qripə yoluxanların sayı artır

SAĞLAMLIQ
15:00 / 15.10.2026
170

Payızın gəlişi ilə hava şəraitinin dəyişməsi, temperaturun enməsi və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi respirator infeksiyaların yayılmasını sürətləndirə bilər.

Bu mövsümdə qrip, kəskin respirator virus infeksiyaları və digər yoluxucu xəstəliklərə qarşı diqqətli olmaq xüsusilə vacibdir. Bəs payız aylarında virus infeksiyalarına yoluxma ehtimalını azaltmaq üçün hansı qaydalara əməl edilməlidir? Xəstəlik əlamətləri yarandıqda hansı addımlar atılmalı, infeksiyanın ətrafdakılara keçməməsi üçün nələr edilməli və hansı simptomlar zamanı tibbi yardım alınmalıdır?

Tibbi ekspert, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, payız aylarında respirator infeksiyaların sürətlə yayılmasını insanların kollektiv məkanlarda sıx təmasda olması və gigiyena qaydalarına yetərincə əməl etməməsi ilə bağlıdır:

412868

“Yoluxmuş şəxs asqırıb-öskürərkən virusu ətraf mühitə yayır və məktəb, iş yeri kimi məkanlarda bir çox insanın xəstələnməsinə şərait yaradır. Virus infeksiyaları xüsusilə insanların bir arada olduğu yerlərdə asanlıqla yayıla bilir. Xəstə şəxs özünü yaxşı hiss etməsə də məktəbə və ya işə gedirsə, ətrafındakı insanların yoluxma ehtimalı artır. Buna görə də xəstəlik əlamətləri olan şəxslər başqalarının sağlamlığını da nəzərə almalıdırlar. Xəstə insanların maskadan istifadə etməməsi yoluxma riskini daha da artırır”.

Ekspert hesab edir ki, xəstə insanların bir qismi maska taxmaqla həm özlərini, həm də ətrafdakıları qoruya biləcəklərini nəzərə almır:

“Maskadan istifadə zamanı burunun açıq saxlanılması və onun tez-tez aşağı çəkilməsi isə qoruyucu təsiri azaldır. Bəzi ölkələrdə xəstəlik zamanı maska taxmaq ictimai məsuliyyətin bir hissəsi hesab olunur”.

Sevinc

0